Bazar , 8 Fevral 2026
Drone Cameras

İraqın Baş naziri vəziyyətin pisləşəcəyi təqdirdə istefa verəcəyini bildirib

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə siyasi vəziyyətin pisləşəcəyi təqdirdə vəzifəsini tərk edəcəyini bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Əl-Kazimi İraq xalqına müraciətində deyib: “Əgər siyasi vəziyyət pisləşərsə, mən İraqın Baş naziri vəzifəsindən istefa verdiyimi vaxtında elan edəcəyəm”.

Qeyd edək ki, siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub.

Etirazçılar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkənin bütün ərazisində komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bəzi regionlarda toqquşmalar davam etməkdədir.

Toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub, azı 380 nəfər yaralanıb.

Check Also

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ …