Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

İraqın hərbi hava qüvvələri İŞİD terrorçularını məhv edib

İraq Hərbi Hava Qüvvələrinin ölkənin şimalında endirdiyi aviazərbələr nəticəsində İŞİD-in 7 silahlısı məhv edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “SHAFAQ News” portalı məlumat yayıb.

Səlahəddin və Neynəva əyalətlərinin sərhədində İŞİD liderlərinin komanda məntəqəsi aşkar edilib. F-16 qırıcıları silahlıların sığınacağına dəqiq hava zərbələri endirib.

İŞİD döyüşçüləri 2014-cü ilin yayında İraq ərazisinin təxminən üçdə birini işğal ediblər. Həmin ilin iyununda ölkənin ikinci böyük şəhəri Mosulu ələ keçirərək, onu qondarma xilafətin paytaxtı elan ediblər. 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə hökumət qüvvələri ərazilərin azad edilməsi üçün genişmiqyaslı kampaniyaya başlayıb.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …