Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

BMT Baş katibi Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların olacağına inanmır

“BMT Baş katibi Antoniu Quttereş Moskva, Kiyev, Vaşinqtonda yüksək səviyyəli diplomatik fəaliyyətləri görməkdən çox məmnundur. O, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların olmayacağına inanmaqda davam edir”

Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

“Bu məsələ fəaliyyətimizin və siyasətimizin diqqət mərkəzində olmaqda davam edir. Baş katib hər hansı eskalasiyanın qarşısını almaq üçün diplomatik fəallığın artırılması zəruri olduğunu düşünür. Biz sadəcə bu kimi yüksək səviyyəli diplomatik görüşlərdən nəticə çıxara bilərik”, – sözçü əlavə edib.

Check Also

ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb

ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün …