İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Hüseyn Cavidin xatirəsinə həsr olunmuş “Heydər Əliyev nüfuzu-Hüseyn Cavidin qayıdışı” adlı tədbir keçirilib. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində (SİMGPRM) keçirilən tədbiri giriş sözü ilə filologiya üzrə fəlsəfə doktoru,dosent İlhamə Qəsəbova açaraq Hüseyn Cavid yaradıcılığının ədəbiyyatımızda rolu haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra Hüseyn Cavidin nəşinin Sibirdən vətənə gətirilməsinə rəhbərlik edən dövlət komisiyasının sədri polkovnik Həmid Cəfərov çıxış etdi. O, çıxışında böyük şair Hüseyn Cavidin Sibirdə məzarının tapılması, daha sonra onu doğma vətəninə gətirilməsi və bu işdə o zaman ölkəmizə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi fəaliyyətlər haqda fikirlərini iştirakçılarla bölüşdü. Daha sonra İSBAM sədri Samir Adıgözəlli çıxış edərək represiya qurbanı olmuş dahi Cavidin nəşinin vətənə qaytarılmasının əvəzsiz bir tarixi hadisə olduğunu bildirərək bu işdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna bir xidməti olduğunu qeyd etdi. Tədbirdə İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, polkovnik Sücəddin Abdullayev, şairələr Gülayə Şınıxlı, Gülarə Munis, İSBAM departament rəhbəri Aidə Şirinova, İSBAM sədrinin müşaviri Samir Şahverdiyev və SİMGPRM-nın sədri Rəhilə Həsrətova çıxış edərək böyük drammaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında və tarixində əvəzsiz xidmətləri haqqında çıxış etmişlər. Tədbir SİMGPRM-nın gəncləri tərəfindən hazırlanmış səhnəcik, şer və mahnı proqramı ilə davam etdirilmişdir.
Tədbirdə Hüseyn Cavidin gətirilməsi ilə bağlı rəsmi sənədlər və foto şəkillər də sərgilənmişdir.
Tədbir “Dövlət və Qanun” qəzetinin informasiya dəstəyi ilə həyata keçirilmişdir.