Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

İSBAM nümayəndə heyyəti Türkiyədə səfərdədir

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi nümayəndə heyyəti Türkiyədə səfərdədir

Boyukmillet.com xəbər verir ki, bu sözləri qardaş Türkiyədə keçirdiyi səmərəli görüşlər barəsində danışarkən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli bildirib. Samir Adıgözəlli qeyd edib ki, ilkin olaraq Iğdır şəhərində Türkiyənin önəmli siyasi partiyalarının rayon təşkilatlarının rəhbərləri və nümayəndələri ilə olduqca səmərəli görüşlər keçiriblər. Onun sözlərinə görə keçirilən bu görüşlərdə olduqca gözəl fikir mübadilələri olub və iki qardaş ölkənin ictimai, siyasi həyatına vətəndaş cəmiyyətlərinin verə biləcəyi töhfələr müzakirə edilib: “Keçirdiymiz görüşlərdə Qarabağ savaşında qazanılan zəfərin önəmi bir daha vurğulandı və “bundan sonra bu istiqamətdə daha hansı addımları ata bilərik?” Sualına cavab axtardıq. Həm ölkənin iqtidar partiyası olan Ədalət və inkişaf partiyasının, həm Milliyyətçi Hərəkət partiyasının, həm də İYİ Partiyanın rayon təşkilatlarının sədrləri və müavinləri ilə görüşəndə fərqinə vardıq ki, bizim dostluğumuzu və qardaşlığımızı heç bir güc poza bilməz. Onlara Azərbaycanımızın, xalqımızın sevgilərini çatdırdıq və bildirdik ki, bu zəfərdən sonra artıq Azərbaycan daha da güclənib, daha da güclənəcək və regionda bir çox iqtisadi qlobal layihələr həyata keçiriləcək. Təbii ki, iki qardaş ölkə bu layihələrdə indiyə kimi necə bir yerdə olubsa bundan sonra da bir yerdə olacaq”. Görüşlərdə ASİMDER sədri Göksel Gülbey də iştirak etmişdir
Samir Adıgözəlli qardaş ölkədə görüşlərini mütəmadi olaraq davam etdirdiyini də sözlərinə əlavə edib.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …