İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi bu ilin avqust ayında narkotik satışı üzrə dəstə üzvlərinə qarşı keçirilən əməliyyat zamanı şəhid olan polis kapitanı Elçin Səfərzadənin xatirəsini Səbail rayon Polis İdarəsində anıblar.
Boyukmillet.com xəbər verir ki, bu barədə İSBAM-ın rəhbəri Samir Adıgözəlli məlumat verib.
Onun sğzlərinə görə, mərkəzin rəhbərliyi şəhidin idarədəki ş otağını ziyarət edərək, atası Rəşid Səfərovun, bir qrup iş yoldaşlarının və İSBAM idarə heyətinin üzvləri ilə Elçin Səfərzadənin Daxili İşlər orqanlarında keçdiyi şərəfli yoldan, cinayətkarlığa qarşı mübarizədəki fədakarlığdan söz açıblar:
“İSBAM olaraq məqsədimiz cəmiyyətimiz və gələcəyimiz üçün böyük təhlükə hesab edilən narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirmək, bu istiqamətdə Azərbaycan polisi tərəfindən keçirilən tədbirlərə dəstək olmaq və cəmiyyətimizi bu yöndə səfərbər etməkdir. Narko ticarəti həyata keçirən cinayətkar ünsürlərə qarşı canını fəda etmiş polis zabiti Elçin Səfərzadə kimi vətən oğullarının həm xatirəsi daim yaşadılmalı həm də göstərilən fədakarlıq, qorxmazlıq, cəsarət gənc nəsilə tərbiyə olunmalıdır”.
S.Adıgözəlli bildirib ki, İSBAM rəhbərliyi tərəfindən Elçin Səfərzadənin məzarı da ziyarət edilib və dualar oxunub: “Təşəbbüsümuzə göstərilən diqqətə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirinə təşəkkürümü bildirirəm”.