Şənbə , 4 Aprel 2026
Drone Cameras

İŞİD-in Xorasan qolunun lideri öldürülüb

İŞİD terror təşkilatının Xorasan qolunun lideri Sanaullah Qafari kimi tanınan Şahab əl-Mühasir “Taliban”ın Əfqanıstanın cənubundakı Kunar əyalətində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “mashreghnews.ir” saytı yayıb.

Bildirilib ki, ötən ay isə onun “Mühəndis Ömər” adı ilə tanınan müavini öldürülüb.

Məlumata görə, S.Qafari “Taliban”ın devirdiyi Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayın xüsusi mühafizə xidmətinin üzvlərindən olub.

Qeyd edək ki, S.Qafari 1990-cı ildə Əfqanıstanda anadan olub. O, Əfqanıstanın paytaxtı Kabul şəhər Politexnik Unversitetinin məzunudur.

Check Also

Vatikan və Pentaqon arasında “İsa” savaşı – Papa ABŞ-nin müdafiə nazirinə sərt cavab verdi

Roma Papası XIV Lev, ABŞ-ın müdafiə naziri Pit Heqsetin İrana qarşı müharibəni “İsa Məsih naminə” …