Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İŞİD İraq silahlılarına hücum edib, ölənlər var

İŞİD qruplaşmasının terrorçuları İraqın Kərkük şəhərində “peşmərgə” adlanan kürd silahlılarına hücum edib.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraqın Kürd Regional Rəhbərliyinə bağlı Terrorla Mübarizə Təşkilatı məlumat yayıb.

Məlumata görə, hücum şəhərin şimalında, Qızıl Körpü yaxınlığında, Zerge Zirav bölgəsində baş verib. Hücum nəticəsində 2 silahlı öldürülüb.

Hadisədən sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib, geniş miqyaslı axtarış əməliyyatlarına başlanılıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …