Cümə , 22 Noyabr 2024
Drone Cameras

İslam İnkişaf Bankının nümayəndələri QHT Agentliyində – FOTOLAR

Dekabrin 16-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə İslam İnkişaf Bankının ölkə üzrə əməliyyatlar meneceri Dr. Fərid Əhməd Xan, əməliyyatlar qrupunun rəhbəri Kokhorjon Aminov, texniki əməkdaşlıq üzrə baş koordinator Əhməd Faruk Diken, gənclər məsələri ilə bağlı nümayəndə Şaria Valker, bankın ölkə üzrə nümayəndəsi Lalə Yusifova və digər nümayəndələri iştirak edib.

Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev qonaqları salamlayaraq onlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. V.Quliyev ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və İslam İnkişaf Bankına üzv dövlətlərin QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, Agentliyin İslam İnkişaf Bankı ilə birgə QHT-lər üçün qrant müsabiqələrinin keçirilməsini, habelə institusional inkişaf proqramlarının reallaşdırılmasını təklif edib.

Görüş zamanı İslam İnkişaf Bankının ölkə üzrə Əməliyyatlar Meneceri Dr. Fərid Əhməd Xan vətəndaş cəmiyyəti sahəsində İslam İnkişaf Bankına üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında mühüm işlərin görülməsi imkanlarının vacibliyini vurğulayıb.

Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək Agentliyin prioritet istiqamətləri üzrə yerli qeyri-hökumət təşkilatları üçün keçirilən qrant müsabiqələri və bu qrant müsabiqələrinə daxil olan layihələr haqqında məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş müzakirələr keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İİB nümayəndələri ilə görüş keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İİB nümayəndələri ilə görüş keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İİB nümayəndələri ilə görüş keçirilib

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …