Bazar , 19 May 2024
Drone Cameras

İsmail Serageldin: “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”

“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”.

Boyukmillet.com xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Üçüncü dəfədir Qarabağa səfər etdiyini xatırladan həmsədr bu ərazilərin operativ şəkildə bərpa edildiyini görməkdən şad olduğunu söyləyib.

O, Qarabağın gələcəyinin və burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyini vurğulayıb.

İ.Serageldin yaşıl və bərpa olunan enerjinin ölkə və bütövlükdə region üçün dayanıqlı yol olduğunu qeyd edib.

Check Also

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin …