Şənbə , 27 İyul 2024
Drone Cameras

İsmayıl Ağayev: “Türkiyəyə toxunmaq olmaz”

II Hissə

Çox minnətdaram sizə  əhatəli və tarixi arayışa görə.  Düşünürəm ki,oxucularımız da bu tarixi faktlardan və məlumatlardan bilgilənəcəklər. Müharibə şəraitindəyik. Eyni zamanda Azərbaycan iqtisadiyyatının artan inkişafla irəliləməsi hər bir sahəyə müsbət təsir göstərdiyi kimi məhz bu sahədə  daha qabarıq əks olunub.Bu da QHT-lər ilə işbirliyi, KİV, basın yayımı, diasporlar və s. vasitəsi ilə Azərbaycan həqiqətləri, haqq səsi dünya ictimaiyyətinə çatdırılır. Bu yöndə Beynəlxalq Diaspor Mərkəzi (BDM) hansı addımları atır və nə kimi qarşıda duran planlar , vəzifələr vardır?

Çox maraqlı sualdır.Əvvəla istərdim ki, QHT-lərin , Diasporların yaranması ,inkişafı və keçdiyi yola nəzər salaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

 Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi   haqqında 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm   ideologiyanın   gerçəkləşməsinə istiqamətlənmişdir.Və biz də bu yöndə bir sıra dövlət əhəmiyyətli addımlar atmışıq və atacağıq.Məsələn Soltan bəy Paşabəyoğlunun Qars şəhərində xatirə lövhəsinin açılış mərasimi etdik. On ilə yaxındır Soltan bəyin xatirəsinin əbədiləşdirilməsi istiqamətində BDM-in həyata keçirdiyi fəaliyyətin bu gün müsbət nəticə verməsi sevindirici hal oldu. Zəngəzurun Azərbaycana qaytarılması bağlı ölkə daxili və xaricdə dəfələrlə çıxışlarımız və tədbirlərimiz var. Xocalı həqiqətləri , İrəvan torpaqlarımızdan olan soydaşlarımız köçkün düşməsi, Qarabağ məsələsi daim bizim əsas ana xəttimizdir. BDM tərəfindən illərdir Qərbi Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirildiyini, soyqırım və deportasiyaya məruz qalmış soydaşlarımızın haqqlarının müdafiəsi istiqamətində fəaliyyəti davam etdirilir.

İstərdim geosiyasi təcrid məsələsinə toxunaq.Bayaq qeyd etdiyimiz Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi , ümumiyyətlə bu kimi mötəbər lahiyələrdən Ermənistanın ayrı düşməsi, daha doğrusu işğalçı siyəsəti nəticəsində regionda belə lahiyələrin həyata keçirilməsində iştirak etməməsi, Ermənistanın geosiyasi cəhətdən təcrid olması, onu sıxışdırmaqla işğalçı siyasətindən daşınmasına yardım edirmi?

Mən düşünməzdim ki, onların elə uzaqgörən siyası baxışları formlaşşın. Çünki Ermənistan Rusiyanın bir quberniyası, əyalətidir. Öz söz azadlığından məhrum edilmiş, kölə bir diasporları vardır. O da xarci ölkələrdə başqa-başqa məqsədlərə qulluq edir. Onların xislətindəki parçalamaq, zəbt etmək devizi daim onları dünya xalqlarından eləcə də regionda geri qalmasına gətirib çıxarıb. Onların türklərə, azərbaycanlılara qarşı nifrətdolu baxışları, kinləri ancaq özlərini yandıracaqdır.Əgər onlar bu vandallıqlarından əl çəksəydilər, adlarını sadaladığımız lahiyələr Baki-Tbilisi-Qars və Baki-Tbilisi-Ceyhan elə Gümrüdən keçərdi.Mən düşünurəm ki, onlar bir neçə on illər bu sürətli inkişafdan və böyük lahiyələrdən geri qalacaqlar. Onların daxilində bir tənəzzül gedir artıq.Ermənistan vətəndaş müharibəsi şəraitindədir. Onların ordu quruculuğu yoxdur. Onlarda siyasi bir pürrealizm, demokratik düşüncə yoxdur. Ermənilərin özlərindən asılı olmayaraq bir düşüncə ənənəsi vardır.Və mən Qərbi Azərbaycandan olduğuma görə, daha çox Ermənistanda  yaşadığımıza görə ermənilər öz millətindən başqa , öz xalqından başqa digər xalqlara sevinməmək prinsipi ilə yaşayırlar. Onlar öz doğma vətənini , valideynlərinin məzarını ziyarət etməyə gedən soydaşlarımızı Dilqəm və Şahbazımızı girov götürüblər.Lakin ermənilər dostluq adı altında bura rahat şəkildə gələ bilirlər, öz qəbristanlıqlarını ziyarət edirlər.  dünyanın ədaləti?! 1988-ci ildə İki yüz əlli mindən çox Ermənistandan azərbaycanlılar deportasiya olundu. Heç bir danışıqlarda həmin azərbaycanlılar iştirak etmir. Biz Dağlıq Qarabağda ermənilərə böyük muxtariyyət verdiyimiz üçün Göyçəyə də, Dərələyəzə də, Zəngəzura da muxtariyyət istəyirik. Bu kimi məsələlərdə dövlətimizi dəstəkləməliyik, cənab Prezidentimizn ətrafında sıx birləşməli, birgə vətəndaşlıq, dövlətçilik nöqteyi-nəzərdən mübarizə aparmalıyıq. Bunun üçün də bütün QHT-ları birləşməli və bir məqsədə qulluq etməlidirlər.

Cənab Prezidentimiz çıxışında qeyd etdiyi kimi erməni əsgəri itilsin öz torpaqlarına. İşğalçı ölkənin əsgərinin nə işi var ki Ağdamda, Əsgəranda orada da cəhənnəmə düçar olsunlar. Bu gün ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuzun da gücü çoxalır. Bu gün Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət büdcəsinə bərabər olması faktı da bu mənada ən yaxşı nümunə hesab edilə bilər. Prezident İlham Əliyevin “iqtisadi, hərbi üstünlüyümüz və hərbi potensialımızın ən yüksək səviyyədə olması bizə imkan verir ki, istənilən anda torpaqlarımızı işğaldan azad edək” deməsi əslində Azərbaycan ordusunun gücünə və qüdrətinə olan inamı ifadə edir.

Tarix sübut edib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədidir. Azərbaycanda da ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Ordu quruculuğunun  möhkəmləndirilməsi, müdafiə sənayesi potensialının artırılması istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Odur ki, millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Elə Aprel Döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistan müharibəyə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi. Azərbaycan hər an öz torpaqlarını cəmi bir neçə günə işğaldan azad edə bilər. Aprel döyüşləri bunu dünyaya göstərdi. Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi.

Son olaraq Azərbaycan gəncliyinə, xaricdə yaşayan soydaşlarımıza ürək sözləriniz.

Belə deyim var: “Kökümüz toqrağa,yüzümüz texnolojiyə doğru olmalı”. Bu gün gənclərimiz vətənpərvər ruhda dövlətdə və cəmiyyətdə öz yerlərini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir.Onlar daim Azərbaycan həqiqətlərini, milli maraqlarını təbliğ etsinlər.Məhz sizin kimi savadlı gənclər ölkənin genefondunun əsasını təşkil edir…

 

Boyukmillet.com

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir