Bazar , 7 Dekabr 2025
Drone Cameras

İsmet Cahan: “Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”

“Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”.

Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Avropada müsəlman qadınlara qarşı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır: “Bizi nə bölürsə, o bizi birləşdirə bilər. Bunun üçün də əməli işlər görülməlidir. İƏT islamofobiyanın artmasından narahatdır. Avropada müsəlmanların terrorçu və istənilməyən miqrantlar olduğunu fikirləşirlər. Ancaq bu belə deyil. Müsəlmanların əksəriyyəti öz ölkələrinə böyük töhfə verir və onlara qarşı mübarizə konkret tədbirlər planı üzrə aparılmalıdır”.

Check Also

Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf

Erməni baş nazir Azərbaycan Prezidentinin dəfələrlə söylədiyini niyə indi söyləyir? “Qarabağa aid danışıqlar prosesi heç …