Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

İspaniyada AES-də qaz sızması olub, ölən və zərərçəkənlər var

İspaniyada atom elektrik stansiyasında (AES) karbon qazının sızması olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə kataloniyalı həkimlər tvitter səhifəsində məlumat veriblər.

Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər zərər çəkib.

Yerli yanğınsöndürənlərin sözlərinə görə, Asko yaşayış məntəqəsində (Kataloniya muxtar əyaləti) AES-də baş verən insident radioloji fəaliyyətlə bağlı deyil. Qeyd edilir ki, yanğınsöndürmə sistemində CO2 sızması baş verib. “Biz zavodun kollektivlə birlikdə təhlükəsizliyini bərpa etmişik”, – deyə yanğınsöndürənlər bildiriblər.

Check Also

Rubio: “ABŞ İranın Hörmüzə nəzarət etməsinə icazə verməyəcək”

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq …