Çərşənbə axşamı , 10 Mart 2026
Drone Cameras

İspaniyada güclü isti səbəbindən xəbərdarlıq elan olunub

İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib.

Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir.

Qurum ölkənin cənub-şərqində sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib. Valensiya üçün təhlükənin ən yüksək – qırmızı səviyyəsi elan olunub. Proqnozlara görə burada temperaturun 44 dərəcə Selsiyə çatmaq ehtimalı var.

İspaniyada son temperatur rekordu 2017-ci ildə qeydə alınıb. Belə ki, iyul ayının ortalarında Kordovada temperatur 46,9 dərəcəyədək yüksəlib.

Check Also

CBS: Tramp İrana qarşı müharibənin demək olar ki, bitdiyini düşünür

ABŞ prezidenti Donald Tramp İrana qarşı müharibənin faktiki olaraq başa çatdığına və Vaşinqtonun ilkin dörd-beş …