Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İspaniyada güclü isti səbəbindən xəbərdarlıq elan olunub

İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib.

Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir.

Qurum ölkənin cənub-şərqində sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib. Valensiya üçün təhlükənin ən yüksək – qırmızı səviyyəsi elan olunub. Proqnozlara görə burada temperaturun 44 dərəcə Selsiyə çatmaq ehtimalı var.

İspaniyada son temperatur rekordu 2017-ci ildə qeydə alınıb. Belə ki, iyul ayının ortalarında Kordovada temperatur 46,9 dərəcəyədək yüksəlib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …