Bazar , 15 Noyabr 2026
Drone Cameras

İspaniyada silahlı hücum olub, xəsarət alanlar var

İspaniyada naməlum kişi barda bıçaqla insanlara hücum edib.

Boyukmillet.com “Europa Press”ə istinadən xəbər verir ki, hadisə Barakaldo şəhərində (Basklar ölkəsi) qeydə alınıb.

Qeyd edilir ki, o, əvvəlcə bıçaqla barın sahibinə hücum edib, sonra isə qarşıdurmaya müdaxilə etməyə çalışan müştərini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Cinayətkar bundan sonra ayaqyoluda barrikada qurub.

Hadisə yerinə gələn polis əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr mühasirəyə alınıb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …