Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

İsrael Katz: “Hizbullah”a qarşı hərbi əməliyyatlar İsrailin qələbəsinə qədər davam edəcək

İsrail Livanın şimalında əməliyyatları dayandırmağı planlaşdırmır, “Hizbullah”a qarşı hərbi əməliyyatlar ölkənin qələbəsinə qədər davam edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Şimalda atəşkəs olmayacaq. Qələbə əldə edənə və şimal sakinləri təhlükəsiz şəkildə evlərinə qayıdana qədər “Hizbullah” terror təşkilatı ilə mübarizəmizi var gücümüzlə davam etdirəcəyik”, – o qeyd edib.

Yerli KİV-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Qüvvələrinə şimalda döyüşləri ona təqdim olunan planlara uyğun olaraq davam etdirməyi tapşırıb.

Daha əvvəl “Sky News” telekanalı ABŞ rəsmilərinə istinadən bildirmişdi ki, yaxın saatlarda tərəflər arasında atəşkəs elan edilə bilər.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …