Cümə , 30 Yanvar 2026
Drone Cameras

İsrail ABŞ-ni İranın mümkün hücumu barədə məlumatlandırıb

İsrail ötən həftəsonu ABŞ-yə xəbərdarlıq edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket təlimləri hücuma hazırlıq ola bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperlə telefon danışığında bildirib ki, İsrail SEPAH-ın bir neçə gün əvvəl başladığı raket təlimlərindən narahatdır.

Zamir qeyd edib ki, İranın son raket yerdəyişmələri və digər operativ addımları qəfil hücum üçün pərdə ola bilər. O, ABŞ Silahlı Qüvvələrini müdafiə hazırlıqlarını İsrail hərbçiləri ilə əlaqələndirməyə çağırıb.

Bazar günü Kuper Tel-Əvivə gələrək burada Zamir və İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli rəsmiləri ilə görüş keçirib.

“İranın hücum ehtimalı 50%-dən azdır, lakin heç kim risk etmək və bunun sadəcə təlim olduğunu demək istəmir”, – deyə portalın həmsöhbətlərindən biri bildirib.

Öz növbəsində, Amerikanın rəsmi mənbəsi bildirib ki, ABŞ kəşfiyyatı hazırda İranın hücumunun qaçılmaz olduğu barədə məlumatlara malik deyil.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …