Bazar , 7 Dekabr 2025
Drone Cameras

İsrail-Fələstin sərhədində avtomobil partladılıb, ölən və yaralananlar var

Fələstinin Cenin şəhərində İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı bir israilli polis ölüb, üçü yaralanıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.

Bildirilib ki, Cenində “Jeep” markalı avtomobilin partladılması nəticəsində sərhəd polisinin 4 döyüşçüsü yaralanıb. Onlardan biri – 19 yaşlı sərhəd polisi çavuş Şay Qarmai ölüb, ikisi ağır, biri isə orta dərəcədə yaralanıb.

Məlumata görə, yaralılar hospitala yerləşdirilib.

İnformasiyaya əsasən, İsrail Müdafiə Ordusunun aviasiyası “Jeep”in partladılmasında iştirak edən silahlıların mövqeyini atəşə tutub.

Fələstinin rəsmi qurumlarının məlumatına görə, İsrail qüvvələrinin Ceninin Şah Daa rayonunda keçirdiyi əməliyyatda 6 fələstinli silahlı həlak olub.

Check Also

ABŞ ordusu narkokartellərlə mübarizədə quru hədəflərinə hücumlara başlayacaq

ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkokartellərə qarşı mübarizə çərçivəsində tezliklə yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq. …