Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İsrail ordusu Qəzzada təhlükəsiz marşrut açıb

İsrail ordusu yerli vaxtla saat 10:00-dan 13:00-a qədər (Bakı vaxtı ilə 11:00-14:00) Fələstinin Qəzza zolağının şimalından onun cənub hissəsinə gedən marşrutu atəşə tutmayacağını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib.

“Qəzza şəhəri və Qəzza zolağının şimalındakı sakinlər, son günlərdə təhlükəsizliyiniz üçün sizi cənuba köçməyə çağırdıq. Nəzərinizə çatdırırıq ki, İsrail Ordusu yerli vaxtla saat 10:00-dan 13:00-dək bu marşrut üzrə heç bir əməliyyat keçirməyəcək”, – deyə o əlavə edib.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …