İsrailin Təl-Əviv şəhərindəki kafelərin birində atəş açılması nəticəsidə azı 3 nəfər yaralanıb. polis hadisəni terror aktı kimi tanıyıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının mətbuat xidməti açıqlama yayıb.
“Təl-Əvivdə terror aktı: şübhəli şəxs iki mülki şəxsi yaralayıb. Terrorçu polis tərəfindən zərərsizləşdirilib”, – açıqlamada vurğulanıb.
Qeyd edək ki, daha öncə şəhərdə atışmanın olduğu barədə məlumatı “The Jerusalem Post” nəşri yaymışdı. İlkin məlumata görə, hücum edənlərin sayı 2 nəfər olub.