Çərşənbə , 11 Mart 2026
Drone Cameras

İsrail Qasım Süleymaninin heykəlini VURDU

İsrail Müdafiə Ordusu (IDF) Livanda iranlı general Qasım Süleymaninin abidəsinə hava zərbəsi endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

“Çərşənbə günü axşam İsrail ordusu Livanın cənubundakı Odayse yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin abidəsini vurub”, – nəşr Livanın “Al-Mayadin” telekanalına istinadən yazır.

Qeyd olunub ki, hücum nəticəsində Kfar-Killada ucaldılan iranlı generalın heykəli dağılıb. /Musavat.com/

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …