Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

İsrail Tehrana kütləvi hava hücumları təşkil edib

İsrailin Müdafiə Ordusu İranın paytaxtına kütləvi hava hücumları təşkil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“İsrailin Müdafiə Ordusu bütün Tehran boyunca hərbi infrastrukturu hədəf alır”, – məlumatda deyilir.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Check Also

“Mossad”ın uğursuz ssenarisi: İsrail on minlərlə kürd döyüşçüsünü İrana yeridə bilmədi

İsrail və ABŞ-ın İrana qarşı hazırladığı, on minlərlə kürd döyüşçüsünün iştirakı ilə Tehrana qədər irəliləməyi …