Cümə , 12 Dekabr 2025
Drone Cameras

İsrail və HƏMAS fələstinli məhbusları azad etmək üçün razılığa gəlib

HƏMAS radikal hərəkatı fevralın 22-də, israilli girovların meyitlərinin təhvil verildiyi gün azad edilməli olan bir qrup fələstinli məhbusun qarşı tərəfdən sərbəst buraxılması ilə bağlı razılığa gəldiyini bildirib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə hərəkatın teleqram-kanalında məlumat verilib.

Razılaşma HƏMAS-ın nümayəndə heyətinin Qahirəyə səfərindən sonra əldə olunub.

“Son qrupun tərkibində azad edilməli olan fələstinli sərbəst buraxılmasının gecikdirilməsi məsələsinin həlli ilə bağlı razılıq əldə olunub ki, onlar da israilli girovların meyitlərinin qarşı təhvil verilməsi ilə eyni vaxtda buraxılsınlar”, – xəbərdə deyilir.

Bəyanatda deyilir ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qahirəyə səfəri zamanı Misir rəsmiləri ilə atəşkəs razılaşmasının icrası, girovların dəyişdirilməsi və danışıqların ikinci mərhələsinin perspektivlərini müzakirə edib.

Check Also

Ermənilər Moskvada da Paşinyanı etirazla qarşıladılar

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 11-də Moskvada Ermənistanın Rusiyadakı səfirliyi qarşısında təşkil olunmuş mitinqlə …