Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub

İsrailin Təl-Əviv məhkəməsi Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində iki evinə həbs qoyub.

Boyukmillet.com xəbər verir ki, bu barədə VTB-nin tərkibinə daxil olan VMT bankının mətbuat xidməti məlumat yayıb.

“VTB mövcud qanunvericilik çərçivəsində Telman İsmayılovun borcunun alınması üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, – bankın mətbuat xidmətindən bildiriblər.

Telman İsmayılov özü hazırda Monteneqrodadır və Rusiya hakimiyyəti onun ekstradisiyasını tələb edir. Rusiya Telman İsmayılovu 2017-ci ildə qiyabi həbs edib, o, 2018-ci ildən beynəlxalq axtarışdadır.

Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlinin təşkilində ittiham olunur.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …