Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İsrailin planı Tehranın əlinə necə keçib? – ABŞ İrana gizli xəbər göndəribmiş 

ABŞ administrasiyası bu ilin yazında İranla aparılan həssas danışıqlar zamanı Tehrana gizli xəbər göndərib. 

Boyukmillet.com “New York Times”-a istinadla xəbər verir ki, Vaşinqton İsrailin danışıqlarda iştirak edən İran rəsmilərinə qarşı sui-qəsd hazırlayacağından ehtiyat edib.

  Məlumata əsasən, ABŞ rəsmiləri xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafın hədəfə çevriləcəyindən qorxublar. Buna görə də Vaşinqton vasitəçilərdən istifadə edərək mümkün təhlükə barədə Tehrana xəbər çatdırıb.

Bildirilir ki, ABŞ belə bir hücumun baş verməsinin İranla aparılan danışıqları tamamilə pozacağından və bölgədə münaqişəni yenidən alovlanacağından ehtiyatlanıb.  Qeyd edək ki, nə ABŞ, nə də İsrail rəsmiləri yayılan iddia ilə bağlı açıqlama verib.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …