Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İnterpolun axtardığı azərbaycanlı Batumidə saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını Batumidə saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin şəxs Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında ağır cinayətlər törətməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilmişdi./KONKRET.az

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …