Cümə , 17 May 2024
Drone Cameras

İsrailin Rusiyadakı səfiri: “Hərbçilərimizin Qarabağda olması xəbərləri “böyük ağılsızlıqdır”

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi İsrail hərbçilərinin Qarabağda olması barədə xəbərləri “böyük axmaqlıq” və fantaziya adlandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

“Hesab edirəm ki, bu böyük ağılsızlıqdır, ona görə ki, əgər biz Qarabağ haqqında danışırıqsa, orada Rusiya və Türkiyə hərbçiləri var. Ona görə də hesab edirəm ki, onlarda hansısa fantaziyalar var və deyə bilərlər ki, bəlkə marslılar da həmçinin oradadırlar”, – səfir jurnalistlərə deyib.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …