Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

İstanbulda terror aktı törətmək istəyən Tacikistan və Qırğızıstan vətəndaşları SAXLANILDI

İstanbulda polis Tacikistan və Qırğızıstan vətəndaşları olan iki nəfəri İslam Dövləti terror təşkilatı adından terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.

Bu barədə İHA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə əks-kəşfiyyatı 37 yaşlı Tacikistan vətəndaşı Faşçıljon A. və Qırğızıstandan olan 41 yaşlı Zülfiyyə S.-nin saxlanılması üçün əməliyyat keçirmək qərarına gəlib.

Dindirilmə zamanı saxlanılan şəxslər zorakılıq aktı hazırladıqlarını etiraf ediblər.

Prokurorluğun qərarı ilə Tacikistan vətəndaşı həbs edilib, onun şəriki isə Türkiyədən çıxarılıb.

Türkiyə təhlükəsizlik qüvvələri demək olar ki, hər gün İŞİD-ə qarşı əməliyyatlar keçirir. Martın 31-də keçirilən yerli seçkilər günü respublikanın Daxili İşlər Nazirliyi İstanbul da daxil olmaqla, İslam Dövləti ilə əlaqədə şübhəli bilinən 51 nəfərin saxlandığını elan edib.

Ötən həftənin əvvəlində Türkiyə Daxili İşlər Nazirliyi İŞİD-lə əlaqəsi olan 147 şübhəlinin saxlanıldığını bildirib. İl ərzində nazirliyin məlumatına görə, respublikada terror təşkilatının 3 minə yaxın tərəfdarı saxlanılıb.//APA

Check Also

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Fəlakət …