Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İstanbulda Türk Şurasının Zirvə toplantısı başlayıb

Türkiyədə Türkdilli dövlətlərin səkkizinci Zirvə görüşü başlayıb.

Boyukmillet.com xəbər verir ki, sammit İstanbulda keçirilir. Tədbirdə Azərbaycan Prezident İlham Əliyev də iştirak edir. Həmçinin Qazaxıstan Prezidenti Kasım Comərt Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, müşahidəçi ölkə Türkmənistanın dövlət rəhbəri Qurbanqulu Berdimuhamədov və müşahidəçi Macarıstanın baş naziri Viktor Orban da iştirakçılar sırasındadırlar.00:00

Bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyevin iştirak edəcəyi gözlənilir.

“Elektron dövrdə “Yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə edəcəklər.

Tarixi zirvədə Türkmənistanın müşahidəçi olaraq təşkilata qoşulması, üçüncü ölkələr və qurumlarla əlaqələrin müəyyənləşməsi, təşkilatın gələcəyi ilə bağlı qərarların qəbul edilməsi gözlənilir.

Eyni zamanda, liderlər iclasda regional və beynəlxalq iqtisadi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Zirvə toplantısında sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …