Bazar , 29 Mart 2026
Drone Cameras

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatları təqdim edilib

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə baş tutub.

“Bir millət, iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü qeyd olunub.

Mərasimdə hər iki qardaş ölkənin nümayəndələrinə, sənət, siyasət, idman və iş dünyası nominasiyaları üzrə mükafatlar təqdim olunub.

Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri QSC də təltif olunub.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …