Şənbə , 7 Mart 2026
Drone Cameras

İsveç parlamentinə Xocalı soyqırımını tanımağa çağıran bəyanat göndərildi

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) ölkə parlamentini (Riksdaq) ötən əsrin sonlarında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını tanımağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, SAF-ın sədri Sevda Dadaşovanın imzası ilə İsveç Riksdağına ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Xocalı soyqırımı nəticəsində 613 dinc sakinin (qadın, uşaq və qocalar olmaqla) öldürüldüyü, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olduğu, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin itkin düşdüyü nəzərə çatdırılıb.

Qeyd edilib ki, bır sıra ölkələr, o cümlədən ABŞ-ın 22 ştatı tərəfindən Xocalı soyqırımı tanınıb.

Bildirilib ki, isveçli parlamentarilərə müraciətin əsas məqsədi yerli ictimaiyyətə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermək, bu qanlı cinayətə hüquqi və siyasi qiymət verilməsinə nail olmaqdır. Bu bəyanat ölkənin siyasi partiyalarına da göndərilib.

Check Also

Yaxın Şərq OD içində: Azərbaycana TƏXLİYƏ olunanların sayı AÇIQLANDI

50-dən çox ölkə İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycana müraciət edib. Prosedura uyğun olaraq, təxliyə …