Cümə , 22 Noyabr 2024
Drone Cameras

İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.

Boyukmillet.com xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.

Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.

Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.

“Avropanın caz musiqisilə muğam arasında çox oxşar məqamlar, məsələn improvizasiyalar var. Mən də yerli mədəniyyəti sıfırdan öyrənmək və onu Avropa tamaşaçısına çatdırmaq istədim”, – o deyib.

Sənədli filmin əsas simvolu Xarıbülbüldür. Çəkilişlər Bakıda və Şuşada baş tutacaq. 

Şuşada gördüyü Azərbaycan mədəniyyət xadimlərinin güllələnmiş heykəlləri isveçli rejissorda güclü təəssürat oyadıb. 

“Onlar dağıntıların bərpa edilməsinin mümkünlüyünü və şəhərdəki digər heykəllərin də yaxın gələcəkdə bərpa ediləcəyini simvolizə edir”, – rejissor deyib.  

Onun sözlərinə görə, filmin premyerasının avqust ayında Türkiyədə keçiriləcək kinofestivalda baş tutması planlaşdırılıb.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …