Çərşənbə , 8 May 2024
Drone Cameras

İsveçrədə parlament seçkiləri keçiriləcək

Bazar günü İsveçrə vətəndaşları parlament seçkilərində qanunverici orqanın böyük palatası olan Milli Şuraya 200 deputat, onun kiçik palatası Kantonlar Şurasına isə 46-dan 45 deputat seçəcəklər.

Boyukmillet.com xəbər verir ki, ötən əsrin 50-ci illərinin sonlarından bəri hökumət formalaşdıran dörd ən böyük partiya, sorğulara görə, yenidən Federal Məclisdə yerlərin böyük əksəriyyətini ala biləcək.

Bu, faktiki olaraq ölkənin əsas siyasi qüvvələr arasında maraqlar balansına əsaslanaraq növbəti dörd il ərzində xarici və daxili siyasətdə əvvəlki kursunu saxlaması demək olacaq.

Ölkənin neytrallığına və miqrasiyaya məhdudiyyətlərə ciddi riayət olunmasını müdafiə edən sağçı mühafizəkar İsveçrə Xalq Partiyası (SPP) seçkilərdə favoritdir. Sorğulara görə, onun nəinki ölkənin ən böyük partiyası statusunu qorumaq, hətta Federal Məclisdə təmsilçiliyini genişləndirmək şansı yüksəkdir.

Hazırkı seçkilərin ən aktual siyasi mövzuları, sorğulara görə, icbari tibbi sığorta fondlarına ödəmələrin artması, iqlim dəyişikliyi və miqrasiyadır. Əhəmiyyətli geriləmə ilə ilk onluqda növbəti yerləri sosial sığorta, enerji təhlükəsizliyi, pensiya sistemində islahatlar, Avropa İttifaqı (Aİ) ilə münasibətlər, mənzil xərclərinin artması, İsveçrənin müstəqilliyi və suverenliyi, ekoloji problemlər tutur.

Parlamentin səlahiyyət müddəti 4 ildir. Palatalar bərabərhüquqludur. 18 yaşına çatmış vətəndaşların səsvermə hüququ var. Təxminən 9 milyon əhalisi olan ölkədə hazırda 5,5 milyondan çox seçici var.

Milli Şuraya seçkilər proporsional seçki sistemi ilə keçirilir. Hər kanton bir seçki dairəsini təşkil edir. Kantonların əhalisi müxtəlif olduğundan onların seçdiyi deputatların sayı eyni deyil – 1-dən 35-ə qədər.

Kantonlar Şurasına seçkilərin proseduru yerli qanunvericiliklə müəyyən edilir və bir qayda olaraq majoritar sistemdən istifadə olunur. İsveçrənin 20 kantonunun hər birindən kiçik palataya iki, altı yarımkantonun hər birindən bir deputat seçilir. Appentsel-İnnerroden yarımkantonunda oktyabrın 22-də yalnız Milli Şuraya seçkilər keçiriləcək, Kanton Şurasına isə bu yarımkantonun sakinləri 2023-cü ilin aprelində deputat seçiblər.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …