Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İtaliya klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Kevin Medina karyerasını İtaliyada davam etdirə bilər.

Boyukmillet.com TMW nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə A Seriyasında çıxış edən “Salernitana” maraqlanır.

Arxa xətti gücləndirmək istəyən klub kolumbiyalı oyunçunu hədəf alıb.

Qeyd edək ki, Kevin Medina “Qarabağ”a 2020-ci ilin yayında keçib. Onun “köhlən atlar”la müqaviləsi 2022-ci ildə başa çatmalıdır. “Salernitana” cari mövsüm A Seriyasında keçirdiyi hər iki matçda məğlub olub.

Check Also

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib. ​UEFA-nın açıqladığı klub əmsalları reytinqində Azərbaycan təmsilçisi “Qarabağ” 69-cu …