Bazar , 19 Yanvar 2025
Drone Cameras

İtaliyada Ukraynaya dəstək aksiyası keçirilib

İtaliyanın paytaxtı Romada bir neçə yüz insan Ukraynada sülhə dəstək aksiyasına toplaşıb.

Boyukmillet.com  “Rai News 24” telekanalına istinadən xəbər verir ki, Roma şəhərinin mərkəzində yerləşən Müqəddəs Həvarilər Meydanındakı yeni aksiyanı katolik icması təşkil edib.

Telekanalın məlumatına görə, nümayişdə Roma meri Roberto Qualtyeri, müxtəlif həmkarlar ittifaqı və siyasi partiyaların nümayəndələri iştirak ediblər. İcmada qeyd edilib ki, aksiya “Avropada münaqişə təhlükəsinə qətiyyətlə “yox” demək” məqsədi daşıyıb.

Çərşənbə axşamı katoliklər Panteonun qarşısındakı meydanda mitinqə toplaşıblar.

Qeyd edək ki, Roma Papası Fransiskin çağırışı ilə yanvarın 26-sı Ukraynada Sülh üçün Dua Günü kimi qeyd olunub. Pontifik öz moizələrində dəfələrlə Ukrayna böhranının diplomatik yolla həllinə çağırıb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …