Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İtaliyanın Ankaradaki səfiri Türkiyə XİN-ə çağırılıb

İtaliyanın Ankaradaki Səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Romadaki Türkiyə Səfirliyinin çağırışlarına və cəhdlərinə baxmayaraq, İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi 4 iyun tarixində Romada PKK-nın simvolları və fotoşəkillərinin yer aldığı nümayişdən narahatlığımızı ifadə etmək üçün bu gün (6 iyun) Nazirliyimizə dəvət edilmişdir”, – xəbərdə deyilir.

İtaliyalı diplomata qeyd olunan tədbirdə terrorçu liderin əsərlərinin ictimaiyyətə nümayiş etdirildiyi bildirilib:

“Türkiyə tərəfindən, fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Görüşdə Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların liderinə fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb”.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …