Cümə , 17 May 2024
Drone Cameras

İtkin düşmüş qızlar Bakıya gələn “KamAZ”da tapıldı — TƏFƏRRÜAT

Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşən 3 qız tapılıb.

Belə ki, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər. 

Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir “KamAZ” maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb. 

Xatırladaq ki, ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. 

Dərhal FHN-nin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışlar başlayıb.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …