Şənbə , 27 Aprel 2024
Drone Cameras

İzmirdə Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma etiraz olaraq aksiya keçirilib

Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı Türkiyənin İzmir şəhərində etiraz aksiyası keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dpvlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə aksiya Alsancak Kıbrıs Şəhidləri Caddəsində baş tutub.

Aksiyada mərkəzin sədri Cemal Mehmethanoğlu, İdarə Heyətinin üzvü Mesut Haray və jurnalist Nigar Ogeday çıxış ediblər. Onlar xain terror aktını şiddətlə pislədiklərini bildirərək, bu qanlı olayı Azərbaycan dövlətinə qarşı yönəlmiş qəsd kimi qiymətləndiriblər. Türkiyə ictimaiyyətinin hər zaman Azərbaycanın yanında olduğu bəyan edilib.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …