Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

İzmitdə Polad Həşimovun adına park açılacaq

Kocaeli Heydər Əliyev Kültür Evi ilə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) birgə müraciəti ilə İzmit Bələdiyyəsi tərəfindən şəhid generalımız Polad Həşimovun adına park ərazisi ayrılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı İSBAM sədri Samir Adıgözəlli verib. O bildirib ki, artıq əsas işlər görülüb:

“Generalımızın büstü hazırdır. Parkda son tamamlama işləri aparılır. İnşəallah önümüzdəki aylarda açılış törənini həyata keçirəcəyik”.

İctimai Birlik sədri belə bir təqdirəlayiq addım üçün İzmit Bələdiyyə başqanına, Avukat Fatma Kaplan Hürriyyətə, eyni zamanda bu işdə böyük zəhmətləri olan Bilal Dündara təşəkkür edib.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …