Şənbə , 20 Aprel 2024
Drone Cameras

Jurnalistlər, dövlət rəsmiləri Füzuli, Hadrut və Şuşada görülən işlərlə tanış olacaqlar

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupların və bir qrup jurnalistin Füzuliyə, Hadruta, Şuşaya səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, səfər zamanı Füzuli Hava Limanının tikintisi ərazisinə baxış keçiriləcək.

Səfər çərçivəsində eyni zamanda Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı təqdimat ediləcək. Bununla yanaşı, Füzuli – Hadrut avtomobil yolunda minatəmizləmə işləri ilə tanışlıq aparılacaq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək. Səfər zamanı Şuşa şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı qısa məlumat veriləcək. Şuşa şəhərində Suşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçiriləcək.

Hadrutda işçi qruplarının toplantısı keçiriləcək.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …