Cümə , 29 Mart 2024
Drone Cameras

“Mançester Yunayted”in baş məşqçisi: “Məni Azərbaycanla oyunda qollar vurduqdan sonra aldılar”

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ule-Qunnar Şulşer futbolçu olduğu dönəmdə “qırmızı şeytanlar”a transferi haqqında danışıb.

Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis müsahibəsində 1996-cı ildə Norveç “Molde”sində çıxış etdiyini xatırladıb.

O, İngiltərə təmsilçisinə keçidinin həmin il Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyi oyundan sonra gerçəkləşdiyini bildirib: “Həmin matçda iki baxımlı qol vurdum. Biri çox gözəl idi. “Mançester Yunayted”in köməkçi-məşqçisi Cimmi Rayan həmin oyunda tribunada əyləşmişdi. O, Ronni Yonseni izləyirdi. Həmin andan sonra Rayan düşünməyə başladı. Hadisələr həmin gün baş verdi”.

Qeyd edək ki, Norveç millisi 1996-cı il iyunun 2-də dünya çempionatının seçmə oyununda Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəlib.

Check Also

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq …