Bazar , 15 Noyabr 2026
Drone Cameras

Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, iyunun 29-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb. Həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Kəlbəcərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərənlər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …