Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kəlbəcər Rayon İcra Hakimiyyəti qanvermə aksiyası keçirdi -FOTOLAR

Yeni təyin edilən icra başçısı Azər Qocayev qanvermə aksiyası təşkil edib və özü də qan verib.

Boyukmillet.com xəbər verir ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq  qanvermə aksiyası keçirib.

Karantin rejiminin bütün tələblərinə uyğun şəkildə təşkil olunan qanvermə aksiyasında 12 nəfər donordan qan götürülüb. Yığılan qan ehtiyatı Gəncə Qan Bankına təhvil verilib. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …