Cümə , 22 Noyabr 2024
Drone Cameras

Kəlbəcər və Laçında bir sıra biznes obyektləri açılacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Kəlbəcər və Laçın rayonlarında ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanları, aptek, bankomat, YDM və s. açılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib.

İclasda həmçinin bildirilib ki, razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə cari ay ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …