Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a FHN-dən bildirilib.

Məlumata görə, axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Fərzəliyev əslən Kəlbəcər rayonunun Tövlədərə kənd sakinidir. Onun ailəsi hazırda Gəncə şəhərində yaşayır, 8 yaşlı qızı var.

Check Also

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki …