Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Kərim Vəliyev: “Sentyabr döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində üstünlüyünü bir qədər də artırdı”

“Sentyabr döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı”.

Boyukmillet.com-un xəbərinə görə, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda respublika elmi-praktik konfransda çıxışında deyib.

“2021-ci və 2022-ci illərdə, o cümlədən cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmaları zamanı əldə edilən uğurlar postmüharibə dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların düzgün istiqamətə yönəldiyini sübut etdi. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vuraraq düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı”, – Baş Qərargah rəisi vurğulayıb.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …