Cümə , 10 May 2024
Drone Cameras

Kadırovun yeniyetmə oğluna “Çeçenistanın qəhrəmanı” medalı verilib

Ramzan Kadırovun 15 yaşlı yeniyetmə oğlu Adam Kadırova Çeçenistanın qəhrəmanı titulu verilib.

Bu barədə respublika dumasının deputatı, Kadırova yaxınlığı ilə tanınan Adam Dəlimxanov öz Telegram kanalında yazıb.

Dəlimxanov həmin mesajında Ramzan Kadırovun oğlunun idman və döyüş sənətlərindəki uğurlarını xüsusi olaraq vurğulayıb.

Qeyd edək ki, Ramzan Kadırovun oğlu bu yaxınlarda Qroznıdakı həbsxanaların birində Nikita Juravel adlı şəxsin döyməsinə görə gündəmə gəlmişdi. Juravelin Quranı yandırdığı iddia edilirdi.

“Çeçenistan Respublikasının Qəhrəmanı” Çeçenistanın ən yüksək səviyyəli titulu hesab olunur. Bu titulun verilməsi respublika prezidentinin imzası ilə mümkündür. Beləliklə Çeçenistan prezidenti Ramzan Kadırov öz oğluna bu titulla mükafatlandırıb.

Azadlıq Radiosu xatırladır ki, respublikanın ən yüksək titulunun ilk sahibi isə Ramzan Kadırovun özü olub.

Çeçenistan lideri Kadırovun yeniyetmə oğulları niyə diqqət mərkəzindədir?

Çeçenistan lideri Ramzan Kadırovun çoxsaylı uşaqlarından biri – Adam Kadırov son vaxtlar medianın diqqət mərkəzindədir. Muxtar qurumun dövlət mediası, qismən də Moskva mətbuatı 15-yaşlı yeniyetməni Rusiyanın Ukraynada apardığı müharibədə vuruşan, bir ukraynalı əsgəri tutan, terrorizmə qarşı mübarizəsinə görə mükafat alan, taktik atıcılıq çempionatında Rusiya xüsusi qüvvələrinə qalib gələn cəsur döyüşçü kimi qələmə verir.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …