Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Kaladze: NATO uzun illər Gürcüstan və Ukraynanı aldadıb

Tbilisi meri və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze bəyan edib ki, NATO rəhbərliyi uzun illər Gürcüstan və Ukraynaya alyansa üzvlüklə bağlı vədlər versə də, əslində bunu həyata keçirməyi planlaşdırmayıb.

Kaladzenin sözlərinə görə, illər boyu hər iki ölkəyə NATO-nun qapılarının açıq olduğu bildirilsə də, hazırda alyans rəsmiləri özləri bu ölkələrin üzvlüyünün faktiki olaraq mümkün olmadığını açıq şəkildə etiraf edirlər.

O qeyd edib ki, bu bəyanatlar NATO-nun genişlənmə siyasətində ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Eyni zamanda, Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədr müavini Tornike Paqava bildirib ki, əgər NATO Gürcüstanın üzvlüyündən qəti şəkildə imtina edərsə, ölkə çoxvektorlu xarici siyasət yürütməli olacaq. Onun sözlərinə görə, alyansa üzv olan bəzi dövlətlər, o cümlədən Fransa və Böyük Britaniya artıq NATO-nun şərqə doğru daha da genişlənməsinin planlaşdırılmadığını bildirirlər.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …