Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Tramp: İranla münaqişənin diplomatik yolla həllinə üstünlük verirəm

ABŞ Prezidenti Donald Tramp İranla yaranmış gərginliyin diplomatik yollarla həll edilməsinə üstünlük verdiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, Tramp bu barədə Las-Veqasda tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Onun sözlərini Reuters yayıb.

ABŞ lideri bildirib ki, insanların həyatını itirməsini istəmir və razılaşmaya nail olmağın tərəfdarıdır.

“Razılaşma əldə etməyə üstünlük verirəm, çünki insanların öldürülməsini istəmirəm. Amma müəyyən bir məqamda bunu etməli olacağıq”, – deyə Tramp qeyd edib.

Trampın açıqlaması ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda səslənib. O, daha əvvəl də Tehranla razılaşmanın mümkün olduğunu, lakin bunun üçün müəyyən şərtlərin yerinə yetirilməli olduğunu bildirib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …